IMG-LOGO

İsrail Müdafiə Ordusu "Hizbullah"ın təlim bazasına hava zərbəsi endirib

12.12.2025 18:34 3 baxış
IMG

İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah"ın təlim bazasına hava zərbəsi endirib.

Bu barədə "Report" "The Times of Israel"ə istinadən xəbər verib.

Məlumata görə, bu obyekt "Radvan" qüvvələri tərəfindən İsrailə hücumlara hazırlıq üçün istifadə edilib.

Hərbi qüvvələr, həmçinin, Livanın cənubunda yerləşən bir neçə rayonunda "Hizbullah"ın digər obyektlərinə də zərbələr endirildiyi barədə bildiriblər.

Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Ordusu Livanda "Radvan" qüvvələrinin başqa bir təlim obyektinə zərbə endirdiyi barədə məlumat vermişdi.

Xəbər lenti