IMG-LOGO

İraqın sabiq prezidenti BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olacaq

12.12.2025 18:58 4 baxış
IMG

İraqın sabiq Prezidenti Bərham Saleh BMT-nin yeni Qaçqınlar üzrə Ali Komissarı olacaq.

"Report" "Reuters"a istinadən xəbər verir ki, bu barədə BMT-nin saytında dərc edilmiş müvafiq sənəddə deyilir.

Agentlik qeyd edib ki, qəbul edilən qərar bu vəzifəyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına ən çox pul ayıran ölkələrin nümayəndələrini təyin etmək ənənəsini pozur.

B.Saleh bu vəzifəni 2016-cı ildən tutan italiyalı Filippo Qrandini əvəz edəcək. O, 5 il müddətinə nəzərdə tutulan vəzifəsinin icrasına 2026-cı ilin yanvarından başlayacaq.

Sənədə əsasən, Bərham Salehin təyinatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Bərham Saleh 2018-2022 illərində İraqın Prezidenti olub.

Xəbər lenti