IMG-LOGO

Kiyevdə azərbaycanlılar həmyerlilərinin raket zərbəsindən zərər görən mülklərini bərpasına başlayıb

12.12.2025 17:59 4 baxış
IMG

Azərbaycanlılar Ukraynanın paytaxtı Kiyevə Rusiya ordusu tərəfindən endirilən hava zərbələri nəticəsində zərər görən həmyerlilərinin mülklərinin bərpasına başlayıblar.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, azərbaycanlılardan ibarət qrup həmyerlilərinin mülklərinin bərpası ilə məşğul olurlar.

Son zərbələr nəticəsində xəsarət alan olmasa da, azərbaycanlılardan 3 nəfərin evinə, bir nəfərin isə restoranına ciddi ziyan dəyib.

Xəbər lenti