IMG-LOGO

Qarajdan kişi və qadın müəllimin meyiti tapıldı

26 Dec 2023 13:36 289 baxış
IMG

İrkutskda içəridən kilidlənmiş qarajda ibtidai sinif müəlliminin və bir kişinin meyiti tapılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, meyitlər Rasputin küçəsindəki fərdi evin ərazisindəki qarajda aşkarlanıb. Onların bədənlərində zorakılıq əlamətləri aşkar edilməyib. Onların təxminən 1 gün qarajda qaldıqları bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır. Qadın və kişinin qazdan zəhərləndiyi ehtimal edilir.

Mənbə: lent.az

Xəbər lenti