IMG-LOGO

Abramoviç ofisiantlara pul yağdırdı

26.12.2023 11:41 148 baxış
IMG

Uzun müddətdir Londonun “Çelsi” klubunun səhmlərinə sahib olan rusiyalı milyarder Roman Abramoviç Türkiyənin elit restoranlarından birində qonaq olub və burada yerli ofisiantlara inanılmaz sərvət buraxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hesab 85 min türk lirəsi (2,9 min dollar) olsa da, oliqarx ofisiantlara 175 min lirə (5,9 min dollar) bəxşiş verib.

Qeyd olunur ki, Abramoviç dostları ilə qonaq olduğu restoranda onu “kral kimi qarşılayıblar”. Aşpaz şəxsən dostlar üçün dadlı yeməklər hazırlayıb. Milyarder ənənəvi türk təamlarından dadıb.

Onlar restoranda uzun müddət söhbət ediblər. Xidmətdən və yeməkdən məmnun qalan milyarder, ümumilikdə 260 min lirə (8,9 min dollar) pul buraxaraq, müəssisə əməkdaşlarına təşəkkür edib və silahlı mühafizəçilərinin müşayiəti ilə görüş yerini tərk edib.

Xatırladaq ki, Ukrayna hadisələri başlayandan sonra Abramoviçə qarşı sanksiyalar tətbiq edilib. İş adamı bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlib və bu da nəticəsiz qalıb.

Xəbər lenti