Türkiyənin Konya şəhərinin Səlcuqlu rayonunda yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, beş nəfərin isə yaralanması ilə sonuclanıb.
Lent.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, avtomobil yoldan çıxaraq tramvay xəttinə aşıb, daha sonra isə ağaca çırpılaraq durub.
Məlumata görə, sürücü də daxil olmaqla altı nəfərin yaralandığı qəzada sərnişinlərdən birinin həyatını həkimlərin müdaxiləsinə rəğmən xilas etmək mümkün olmayıb.