Seneqal donanması sahildən 240 mil məsfaədə üzən yüngül gəmini saxlayıb.
Lent.az “Figaro”ya istinadla xəbər verir ki, gəmi patrulun əmrinə tabe omadığı üçün silah tətbiq edilib. Lakin hərbi gəminin yaxınlaşdığını görən qaçaqmalçılar yüküj bir hissəsini dənizə ata biliblər. Gəmidə 700 kq narkotik aşkar edilib.
Gəmi heyətinin hamısı – 4 İspaniya vətəndaşı saxlanılaraq sahilə gətirilib.