Rusiya Prezidenti Vladimir Putinin 1990-cı illərdəki vizit kartı elektron hərracda 2 milyon rubla satılıb.
Lent.az xəbər verir ki, vizit kartı dövlət başçısının Leninqrad Şəhər Xalq Deputatları Soveti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsini tutduğu dövrlərə təsadüf edir. Kartın üzərində Vladimir Putinə aid bir neçə telefon nömrəsi yazılıb.