Adananın Ceyhan rayonunda qarğıdalı qurutma fabrikində kütləvi zəhərlənmə baş verib.
Lent.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
İlkin məlumata görə maye qaz çəindən sızan qaz səbəbindən 34 nəfər xəstəxanaya yerləşdirilib.
İşçilər ürəkbulanma, başgicəllənmə və halsızlıqdan şikayət etməyə başlayıb.
Faktla bağlı araşdırma aparılır.