Nikaraquanın Mataqalpa departamentinin Mansera bələdiyyəsinin yaxınlığında avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə ölkənin “19digital” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, avtobusun aşdığı qəzada ölmüş 16 nəfərdən altısı həddi-büluğa çatmamış şəxslərdir. Eyni zamanda, olayda 20-dən çox insan yaralanıb, onlara tibbi yardım göstərilib.
İlkin məlumata görə, avtobusun aşmasına səbəb nəqliyyat vasitəsinin körpünün hasarına çırpılması olub.