IMG-LOGO

Avtobus yük maşınına çırpıldı, 8 nəfər...

24 Dec 2023 03:30 179 baxış
IMG

Türkiyənin Bingöl şəhərində səkkiz nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, olay güclü qar və çovğunun müşayiət edildiyi Bingöl – Karlıova magistralının Boncukgözü kəndi ərazisində olub. Telekanalın xəbərinə görə, avtobusun yük avtomobilinə çırpılması sonucunda iki nəqliyyat vasitəsində səkkiz nəfər yaralanıb.

Yaralılar Karlıova Dövlət Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti