İranda uşaq nikahının qurbanı olan gənc qıza qarşı ölüm hökmü icra edilib. Samirə Səbziyan on il həbsdə qalıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Samirə ən yaxın qohumlarının sözlərinə görə, əri tərəfindən davamlı olaraq fiziki zorakılığa məruz qalıb.
İstintaqın məlumatına görə, edam edilən qadın 19 yaşında olarkən ərinin qətlini şəxsi qisas məqsədilə törədib. Qız o vaxt 14 yaşı olan kiçik bacısı ilə əlbir olub zəhərli maddədən istifadə edərək cinayət təşkil ediblər. Eyni zamanda Samirə Səbziyanın o zaman iki övladı olub.
2015-ci ildə məhkəmə ölüm hökmü çıxardıqdan sonra iş bağlanıb və onun işi üzrə sonuncu iclas 2016-cı ilin noyabrında keçirilib. Bütün on il həbsdə olduğu müddətdə mərhum ərinin valideynlərinin razılığına ümid edən Samirə uşaqları ilə görüşə bilməyib. Ərinin qohumları onun qəyyumluq hüququna malik olmadığını irəli sürüblər. Samirə edamdan dərhal əvvəl uşaqları ilə son və yeganə görüşünü keçirib.
Məlumdur ki, Samirənin ərinin qohumları Mübahisələrin Həlli Şurasının əməkdaşlarının onlarla razılığa gəlmək cəhdlərinə baxmayaraq, qadını əfv etməkdən imtina ediblər. Nəticədə məhkəmənin hökmü qüvvədə qalıb və edam Karçak həbsxanasında icra olunub.