ABŞ-da bir qadın xarab avtomobil və qəzəbli əri sayəsində varlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Merilend ştatının Montqomeri qraflığından olan qadın avtomobilində problemlər olduğunu, lakin avtomobil servisinə müraciət etməyə tələsmədiyini deyib. Onun sözlərinə görə, ərinin mütəmadi olaraq maşını nə vaxt təmir edəcəyini soruşması onu bezdirib. Nəhayət, amerikalı qadın avtomobil təmiri üçün ərizə doldurub. O, ərizə nömrəsinin 5 rəqəmdən ibarət olduğunu görüb və lotereya bileti alarkən onlardan istifadə etmək qərarına gəlib.
Qadın bileti 1 dollara alıb. Püşkatma həmin günün axşam saatlarında baş tutub. Amerikalı qadın bacısı ilə birlikdə maşın sürərkən onun nəticələrini yoxlamaq qərarına gəlib. Birdən bilib ki, onun bilet nömrəsi uduşla uyğun gəlir və o, 50 min dollar məbləğində cekpotu vurub.
O etiraf edib ki, mükafatı necə xərcləyəcəyinə hələ qərar verməyib. Qadın pulun ailəsinin ehtiyaclarına gedəcəyini güman edir.