Braziliya həbsxanalarından birində gözətçi itlərinin qazlarla əvəzlənməsi qərara alınıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin sözlərinə görə, qazlar məhbusların qaldıqları yerləri qorumaqda daha effektiv olduğunu sübut edib və bundan əlavə, onlara qulluq daha ucuz başa gəlir.
Bundan əlavə, qazların çox kəskin eşitmə qabiliyyəti olduğu ortaya çıxıb. Quşlar yüksək səslər çıxarır, bunun sayəsində mühafizəçilər müxtəlif fövqəladə hallar barədə dərhal xəbərdarlıq edilir. “Bizim video nəzarətimiz, şəxsi müşahidəmiz və nəhayət, itləri əvəz edən qazlardan ibarət nəzarətimiz var” deyə həbsxana rəsmiləri açıqlayıblar.
Qazlardan mühafizəçi kimi istifadə təcrübəsi Braziliyada çoxdan mövcuddur. 2011-ci ildə San-Pauludakı Sobral həbsxanasında bu quşların sürülərindən məhbusların qaçmasına qarşı tədbir kimi istifadə olunduğu haqqında geniş məlumat yayılıb.