IMG-LOGO

Əcnəbilərə yeni qadağa

23.12.2023 07:03 59 baxış
IMG

Hökumət deputatların xarici analitik şirkətlərə Rusiyada əmtəə bazarlarında araşdırma aparmasını, o cümlədən qiymətlərdəki dəyişiklikləri və rusların xərclərinin dinamikasını izləməyi qadağan etmək ideyasını dəstəkləyib.

Lent.az xəbər verir ki, bu barədə “İzvestiya”ya Nazirlər Kabinetindəki məlumatlı mənbə bildirib.

Söhbət “Vahid Rusiya”nın nümayəndələri tərəfindən hazırlanıb Dövlət Dumasına təqdim edilən ticarət qanununa düzəlişlərdən gedir. Deputatlar belə araşdırmaların aparılması hüququnun yalnız nizamnamə kapitalının 80%-nin yerli strukturlara məxsus olduğu şirkətlərə aid olmasını təklif ediblər.  

Xəbər lenti