İsveçrə-Fransa sərhədini keçən avtomobili Fransa gömrükçüləri saxlayıb.
Lent.az-ın DNA agentliyinə istinadla xəbərinə görə, minik avtomobilində yoxlama zamanı 4 kq qızıl külçə və üzərində Britaniya krallarının təsviri olan 852 qızıl sikkə aşkar edilib.
Avtomobili idarə edən Britaniya vətəndaşları məhsulları qanuni şəkildə alaraq vətənə apardıqlarını bildiriblər. Lakin dəyəri 10 min avrodan yuxarı olan məhsullar Avropa sərhədindən kənara çıxarılarkən bəyan edilmədiyi üçün qayda pozuntusu hesab edilib. Müsadirə edilən malların dəyəri 660 min avrodan çoxdur.