IMG-LOGO

"Arsenal" öz meydanında "Real Madrid"i, "İnter" səfərdə "Bavariya"nı məğlub etdi

09.04.2025 01:01 32 baxış
IMG

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Lent.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.

İspaniyanın “Real” klubu Londonda “Arsenal”ın qonağı olub. Oyun ev sahiblərinin üstünlüyü şəraitində keçib. "Topçular" rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.

Digər görüşdə isə “Bavariya” və “İnter” komandaları üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada sevinən tərəf qonaqlar olub. Görüş "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti