Ukrayna prezidenti Vladimir Zelenski övladlarının yerini açıqlayıb.
Lent.az xəbər verir ki, o bu barədə mətbuat konfransında bildirib.
Ukrayna liderinin sözlərinə görə, oğlu məktəbdə, qızı isə universitetdə dərslərdə iştirak edir.
"Onların burada olduqlarına şadam", - Zelenski əlavə edib.
2023-cü ilin yayında Ukrayna prezidenti oxşar təklif alsa da, on yaşlı oğlunu və digər ailə üzvlərini xaricə aparmaqdan imtina etdiyini bildirib.
Onun sözlərinə görə, övladlarının ölkə üçün belə ağır bir vaxtda “xaricə səyahət edib, sahildə günəş vannası qəbul etməsi” ədalətsizlik olardı.