IMG-LOGO

Laqonda ilə qolunu kəsdi, qanaxmadan öldü

15.11.2024 02:31 19 baxış
IMG

Bakının Sabunçu rayonunda ehtiyatsızlıq ölümə səbəb olub.

Lent.az xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1958-ci il təvəllüdlü Əsgərov Hüseynəli Musa oğlu evində laqonda ilə işləyərkən qolunun bazu sümüyün kəsib.

Ailə üzvləri onu xəstəxanaya çatdırsa da, yaralı dünyasını dəyişib.

Həkimlərin verdiyi məlumata görə, onun ölümünə səbəb qan itirməsi olub.

Fakt araşdırılır.

Xəbər lenti