IMG-LOGO

Azərbaycana milyon yarımlıq qızıl gətirən saxlanıldı

25.09.2024 17:10 41 baxış
IMG

Rusiyadan Azərbaycana külli miqdarda qızıl gətirmək istəyən kişi saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə paytaxt Moskvada yerləşən Şeremetyevo hava limanında baş verib. Azərbaycan vətəndaşı olan sərnişin əl yükündə bir milyon yarım rubl (təxminən 27 min 500 manat) dəyərində qızıl aparmağa cəhd edib.

30 yaşlı Azərbaycan vətəndaşı yaşıl dəhlizdən keçərkən gömrükçülər tərəfindən saxlanılıb. Kişi çantasından qiymətli metallarla dolu çantanı çıxarıb gizlicə cibində sərhəddən keçirməyə çalışıb. Lakin gömrükçülər bunu görüblər. Məlum olub ki, sərnişinin əl yükündə 300 qrama yaxın xalis qızıl parçaları olub.

Kişi paytaxt bazarlarından birində özü üçün iki min dollara qızıl aldığını bildirib. Onu bir milyon rubla qədər cərimə və beş ilə qədər həbs cəzası gözləyir.