Ukrayna, ABŞ və Rusiyanın Əbu-Dabidə baş tutan danışıqlarının ikinci raundu konstruktiv keçib.
"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov danışıqların yekunlarına əsasən bildirib.
"Danışıqlar həqiqətən də konstruktiv keçib. Keyfiyyətli təşkilatçılığa və vasitəçiliyə görə ABŞ və BƏƏ-yə minnətdaram", - o deyib.
O, hələlik danışıqlarla bağlı əldə olunan digər təfərrüatları açıqlamayıb.
Bu gün daha əvvəl Rusiya və Ukrayna Əbu-Dabidəki razılaşmalar çərçivəsində 157-nin 157-yə formulu ilə hərbi əsir mübadiləsi həyata keçiriblər.