IMG-LOGO

Bakıdakı ali məktəblərdə dərslər 3 gün distant olacaq

22 Sep 2026 19:42 2 baxış
IMG
1 0

"Formula-1" üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb. 

Lent.az-ın xəbərinə görə, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, sentyabrın 23-25-də Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.

Əmr "Formula -1" üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb. 

Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.  

Formul-1 Ali məktəblər Dərs Bakı

Mənbə: lent.az

Xəbər lenti