“Temu”dan gələn bağlamaların içərisindəki məhsulların gömrükdə açılıb, götürüldüyü ilə bağlı iddialar yayılıb. Şikayətçilərin sözlərinə görə, məsələ ilə bağlı “Temu” ilə əlaqə saxlasalar da, problemin onlardan qaynaqlanmadığını bildiriblər. İddiaya görə yaxın günlərdə müxtəlif məhsullar – xurma, corab, gümüş aksesuarlar və başqa ev əşyaları olan bağlamalar yırtılaraq, içərisindəki məhsullar götürülüb.
Bəs görəsən, bu iddialar həqiqəti əks etdirirmi?
Dövlət Gömrük Komitəsindən Lent.az-a bildirilib ki, malların gömrük orqanlarında açılması ilə bağlı iddia həqiqəti əks etdirmir:
“Gömrük orqanları mal və nəqliyyat vasitələrinə xüsusi rentgen qurğuları vasitəsilə baxış keçirirlər.
Baxış zamanı hər hansı təhlükəli və ya şübhəli hal aşkar edildikdə, mallar gömrük əməkdaşları tərəfindən deyil, daşıyıcı şirkətin nümayəndəsinin iştirakı ilə açılaraq yoxlanılır. Yoxlama başa çatdıqdan sonra mallar daşıyıcı şirkətin nümayəndəsi tərəfindən yığılır və vətəndaşa təhvil verilir”.
Temu Dövlət Gömrük Komitəsi bağlama xaricdən məhsul sifarişiMənbə: lent.az