IMG-LOGO

Həmişə masa arxasında eyni yerdə oturursunuz? Xarakterinizdən xəbər verən VƏRDİŞ

22 Sep 2026 17:16 3 baxış
IMG
5 0

Psixoloqların fikrincə, evdə və ya iş yerində daim eyni stulu seçmək insanın təhlükəsizlik ehtiyacı və kollektivdəki rolu haqqında müəyyən məlumatlar verə bilər.

İstər ailəvi nahar, istər işgüzar görüş, istərsə də kafedə dostlarla görüş olsun, insanların çoxu fərqinə varmadan hər dəfə eyni yerdə oturmağa üstünlük verir. Həmin yer başqası tərəfindən tutulduqda isə bu, insanda narahatlıq və hətta qıcıq yarada bilər.

Lent.az xarici mediaya istinadən xəbər veri ki, psixoloqlar bildirirlər ki, gündəlik həyatda müşahidə edilən bu vərdiş təsadüfi olmaya və insanın xarakteri, eləcə də nəzarətə olan ehtiyacı haqqında müəyyən ipucları verə bilər.

Təhlükəsizlik və sabitlik ehtiyacı

Gözlənilməz hadisələrlə dolu dünyada tanış və dəyişməz kiçik vərdişlər stress səviyyəsinin azalmasına kömək edə bilər.

Hər dəfə eyni stulda oturmaq insanda qeyri-müəyyənlik hissini azaldır. Çünki insan həmin yerdən ətrafı hansı bucaqdan görəcəyini, başqalarından nə qədər məsafədə olacağını və yanında kimin əyləşə biləcəyini əvvəlcədən bilir.

Sərhədlərin və müəyyən qaydaların olmasına üstünlük verən insanlar üçün bu vərdiş gündəlik həyatın qarışıqlığı içində sabitlik hissi yaratmağın sadə yollarından biri ola bilər.

Şəxsi məkanın müəyyənləşdirilməsi

Uzun müddət eyni yerdə oturmaq həmin məkanı tədricən insanın şəxsi rahatlıq zonasına çevirə bilər.

İnsan daim eyni stulu seçməklə ətrafındakılara şüursuz şəkildə həmin yerin onun üçün xüsusi olduğunu göstərir.

Başqa biri həmin stulda əyləşdikdə isə narahatlıq və qıcıq yarana bilər. Bunun səbəbi həmin vəziyyətin şəxsi sərhədlərə müdaxilə kimi qəbul edilməsidir.

insan xarakteri xarakterinizdən xəbər verən vərdiş

Mənbə: lent.az

Xəbər lenti