IMG-LOGO

"Bayern Münhen"dən Çempionlar Liqası REKORDU

18 Sep 2024 10:01 291 baxış
IMG

UEFA Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün ümumi mərhələsinin 1-ci turunun oyununda “Bavariya” rekorda imza atıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Bayern Münhen” öz evində “Dinamo Zaqreb”ə qarşı keçirdiyi oyunda rəqibi 9:2 hesabı ilə məğlub edib. Beləliklə, Münhen komandası bütün zamanların Çempionlar Liqası rekorduna imza atıb.

Məlumata görə, "Bavariya" əsas avrokubok turniri tarixində bir oyunda doqquz qol vuran ilk komanda olub.

Mənbə: lent.az

Xəbər lenti