IMG-LOGO

Şakira İspaniya hökuməti ilə müqavilə bağladı

06.09.2024 21:36 14 baxış
IMG

Dünya şöhrətli müğənni Şakira İspaniya xəzinəsinə vergi ödəmədiyi üçün həbs təhlükəsi ilə üzləşib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, uşaqlarının təhlükəsizliyi üçün İspaniya ilə 15 milyon dollarlıq müqavilə bağlamaq qərarına gəlib. Bu yolla Şakira həbs olunmaqdan yaxa qurtarıb.

“Oğullarım bilsinlər ki, mən onları qorumaq, onların yanında olmaq və həyatıma davam etmək üçün belə qərar vermişəm. Qorxaqlıqdan və ya günahkarlıqdan deyil”, - ulduz paylaşıb.

2023-cü ildə Şakiranın İspaniyaya 8 milyon dollar borcu olduğu  üzə çıxmış, buna görə məhkəməyə verilmişdi.

 

Xəbər lenti