IMG-LOGO

PKK-nın daha bir məsul şəxsi öldürüldü

17.12.2023 18:09 53 baxış
IMG

PKK/YPG terror təşkilatının daha bir məsul şəxsinin zərərsizləşdirildiyi məlum olub.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının dekabrın 5-də Türkiyə sərhədindən 230 km məsafədə, Suriyanın Deyrizor şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində “Roni Velat” kod adlı Şirvan Hasanı öldürülüb.

Şirvan Hasanı 2012-ci ildə Trabzonda Jandarma Komandanlığına partlayıcı qurğu ilə həyata keçirilən və 3 əsgərin yaralanmasına yol açan terror aktında iştirak edib. O, 2023-cü ildən Deyrizorda PKK/YPG-nin məsul şəxsi olub.

Xəbər lenti