IMG-LOGO

Həftə sonları yatmaq sağlamlığınız üçün faydalıdır

02 Sep 2024 08:25 174 baxış
IMG

Böyük Britaniyada keçirilən Avropa Kardiologiya Cəmiyyətinin illik konqresində təqdim edilən araşdırmaya görə, həftədə iki səhər müntəzəm yatan insanların ürək xəstəliyinə tutulma ehtimalı yuxusuzluqdan əziyyət çəkənlərə nisbətən daha azdır.

Lent.az xəbər verir ki, araşdırmada, təxminən 14 ildir müşahidə edilən 90903 orta yaşlı şəxsin məlumatları araşdırılıb.

İstirahət günləri orta hesabla bir saatdan çox yatan qrupda ürək xəstəliyinə tutulma ehtimalı ümumiyyətlə yatmayanlara nisbətən 19 faiz az olub.

Həftə sonları erkən oyananlar isə ürək xəstəliyinə tutulma ehtimalı yüksək olan qruplardır.

Mənbə: lent.az

Xəbər lenti