IMG-LOGO

Bakıda maşına çırpılan mopedin sürücüsü öldü

01.09.2024 16:10 101 baxış
IMG

Bakıda qəzada yaralanan moped sürücüsü ölüb.

Lent.az xəbər verir ki, hadisə avqustun 25-də Xətai rayonu C. Həsənov küçəsində baş verib. 31 yaşlı Yaqublu Təbriz Roşan oğlu idarə etdiyi mopedlə dayanmış vəziyyətdə olan "İsuzu" markalı avtomobilin arxasına çırpılıb.

O, ağır xəsarətlər alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və görülən tədbirlərə baxmayaraq, avqustun 30-da orada ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti