IMG-LOGO

Ana və 3 uşağı evdə diri-diri yandılar

01 Sep 2024 10:53 248 baxış
IMG

Rusiyanın Moskva vilayətində evdə yanğın olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, vilayətin Yeqoryevsk şəhərində baş verən yanğın nəticəsində ana və üç uşağı həlak olub.

Məlumata görə, ölən uşaqlar beş yaşlı oğlan və biri üç, digəri isə dörd yaşında olan qızlardır.

Fövqəladə Hallar Nazirliyi yanğının 40 kvadratmetr sahədə baş verdiyini açıqlayıb. 

Bundan əlavə eyni ailənin 5-i uşaq olmaqla 7 üzvü xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib.

Mənbə: lent.az

Xəbər lenti