IMG-LOGO

1 saylı Bakı İstintaq Təcridxanasında məhkumlar SƏS VERİR -VİDEO

01.09.2024 09:51 103 baxış
IMG

Bu gün - 1 sentyabr Azərbaycanın növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında məhkumların səsvermə prosesi keçirilir.

Lent.az xəbər verir ki, səsvermə Sabunçu rayonu 29 saylı seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə aparılır.

38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev qeyd edib ki, 1081 məhkum qeydiyyatdadır.

Seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir.

Qeyd edək ki, məhkum və həbs edilmiş şəxslər Pentensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Xəbər lenti