IMG-LOGO

Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var-FOTO

01 Sep 2024 04:49 323 baxış
IMG

Bakının Yasamal rayonunda yol qəzası sərnişinin xəsarətinə səbəb olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

“BMW” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib.

İdarəetmədən çıxan nəqliyyat vasitəsi sərt döngədə səkiyə çırpılıb.

Maşın deformasiyaya uğrayıb. Nəqliyyat vasitəsində olan sərnişin isə xəsarət alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti