IMG-LOGO

Zaqatalada iki maşın TOQQUŞDU: 5 yaralı var -FOTO-YENİLƏNİB

31 Aug 2024 22:25 215 baxış
IMG

Zaqatalada baş verən yol qəzasında  xəsarət alanlardan 4-ü bir ailənin üzvüdür.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, onlar rayonun Aşağı tala kənd sakinləri - 1962-ci il təvəllüdlü Cəlil İspəndiyar oğlu Abbasov, 1964-cü il təvəllüdlü Sevda İsmayıl qızı Abbasova, 2017-ci il təvəllüdlü Enes Vüqar oğlu Abbasov və 2009-cu il təvəllüdlü Tuncay Tural oğlu Balayevdir.

Beşinci xəsarət alan şəxs isə rayonun Kürdəmir kənd sakini 1995-ci il təvəllüdlü Elçin Çingiz oğlu Ramizlidir.

*** 21:05 Zaqatalada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı və “BMW” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıbl.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hazırda yaralılara yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti