IMG-LOGO

Zaqatalada iki maşın TOQQUŞDU: 5 yaralı-FOTO

31.08.2024 21:05 104 baxış
IMG

Zaqatalada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı və “BMW” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıbl.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hazırda yaralılara yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti