IMG-LOGO

Türkiyədə voleybolçu evində ölü tapıldı

30 Aug 2024 09:35 163 baxış
IMG

Türkiyənin “Nilüfer” voleybol klubunun 28 yaşlı oyunçusu Pilar Mari Viktoriya Lopes Türkiyədə yaşadığı mənzildə ölü tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Pilar səhər saatlarında klubunun səhər məşqində iştirak etməyib. Voleybolçu ilə əlaqə saxlamaq mümkün olmayanda klub rəhbərliyi onun axtarışı üçün yaşadığı ünvana texniki heyət göndərib və çarpayıda idmançının meyitini tapıblar.

Bildirilir ki, Pilar Mari Viktoriya Lopesin ölümünün dəqiq səbəbi hələlik məlum deyil - bunu məhkəmə-tibbi ekspertizası müəyyən edəcək.

Mənbə: lent.az

Xəbər lenti