IMG-LOGO

Kadırov: Öldürsəydi daha yaxşı olardı

17.12.2023 08:43 57 baxış
IMG

Ramzan Kadırov deyib ki, oğlu Adəmin “cəzalandırılacaq heç bir şeyi yoxdur” və Quranı yandırmaqda ittiham olunan Nikita Juravlyovu “öldürsəydi yaxşı olardı”.

Lent.az “The Moscow Times” TG kanalına istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri illik canlı yayımda bildirib.

“[Adəmi] cəzalandırın? Niyə cəzalandırmaq? Agenti [Juravlyovu ] döydüyü üçün? Onu öldürsəydi daha yaxşı olardı. Quranı yandıranları xatırlayanda bir arzum var - bir arzum var ki, onlar cəzalandırılsınlar”, - Kadırov “Diqqət, Xəbər” kanalının yayımladığı verilişdə deyib.

Xəbər lenti