IMG-LOGO

Lukaku “Napoli” ilə müqavilə imzaladı

29 Aug 2024 19:43 267 baxış
IMG

"Napoli" Belçika və "Çelsi"nin hücumçusu Romelu Lukakunu kluba transfer etdiyini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, neapollular 31 yaşlı futbolçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalayıb. Transfermarkt portalının məlumatına görə, transfer məbləği 30 milyon avro təşkil edib.

Lukaku 2021-ci ilin avqustunda 113 milyon avroya "İnter"dən "Çelsi"yə keçib. O vaxtdan bəri belçikalı ingilis komandasında tam bir mövsüm keçirib, sonra icarə əsasında “İnter” və “Roma”da çıxış edib.

 

Mənbə: lent.az

Xəbər lenti