IMG-LOGO

"Formula 1"ə görə bu gecədən bu küçələr bağlanır

29 Aug 2024 19:01 170 baxış
IMG

İstiqlaliyyət küçəsi və onunla kəsişən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bakı şəhər Halqası Əməliyyat Şirkətindən Lent.az-a verilən xəbərə görə, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində keçiriləcək.

Mənbə: lent.az

Xəbər lenti