IMG-LOGO

"Mançester Siti" 49 milyon avroya aldığı futbolçu ilə yolları ayırır

17 Dec 2023 01:52 137 baxış
IMG

"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillips qış transfer pəncərəsində komandanı tərk edəcək.

Lent.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

28 yaşlı futbolçu baş məşqçi Xosep Qvardiolanın planlarına uyğun gəlmir. Ona görə də Fillips klubdan ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, Fillips ötən il “Lids”dən “Mançester Siti”yə 49 milyon avroya keçmişdi. Bu mövsüm Kalvin 306 dəqiqə meydanda olub, 1 qol vurub və 9 qolun ötürməsini verib.

Mənbə: lent.az

Xəbər lenti