IMG-LOGO

Nasar Hayat: "Bu gün aqrar sektor ulu babaların yox, 21-ci əsrin kənd təsərrüfatıdır"

05 Aug 2026 15:39 5 baxış
IMG

Gənclər kənd təsərrüfatının nə demək olduğunu bilmirlər, bu onların ulu babalarının yox, 21-ci əsrin kənd təsərrüfatıdır.

Bunu "Report"a müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi, təşkilatın Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat bildirib.

FAO rəsmisi bu yanaşmanın gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini və aqrar sektora baxışı dəyişməli olduğunu vurğulayıb: "Biz diqqətimizi gənc nəslə daha çox yönəldirik. Bir çox gənc kənd təsərrüfatını müasir peşə kimi görmür. Çünki onlar babalarının kənd təsərrüfatı ilə necə məşğul olduğunu görüblər. Bu gün onlar kənd təsərrüfatının nə demək olduğunu bilmirlər. Gənclərlə, tələbələrə izah etməyə çalışıram ki, bu, artıq sizin babalarınızın, ulu babalarınızın dövründəki kənd təsərrüfatı deyil. Bu, 70 il və ya 100 il əvvəlkindən tamamilə fərqlidir. Bu, 21-ci əsrin kənd təsərrüfatıdır".

Fermerlər üçün rəqəmsal bazarların yaradılmasının vacibliyini vurgulayan N. Hayat əlavə edib: "İndi siz mobil telefonunuzdan istifadə edərək şəhərdəki istənilən restorandan yemək sifariş edə bilirsiniz. Lakin mən gənc olarkən belə bir imkanımız, seçimimiz yox idi. Bax, biz fermerlər üçün də məhz bu şəkildə rəqəmsal bazar yarada bilərik. Məsələn, bununla onlar 1 kiloqram pomidorun dəqiq qiymətinin nə qədər olduğunu bilərlər. Bu günlərdə pomidor sahələrdən birbaşa satılarkən çox ucuz satılır. Mən buna çox üzülürəm. Çünki hesab edirəm ki, istehsal maya dəyəri bu qiymətdən daha yüksəkdir. Bəs bu zaman kim pul itirir? Əlbəttə, fermer. Rəqəmsal texnologiyalardan istifadə ilə hər kəs üçün faydalı olan "qazan-qazan" (win-win) vəziyyətini yarada bilərik".

Müsahibə ilə ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.

Mənbə: report.az

Xəbər lenti