IMG-LOGO

Elnur Cəfərov: "Həm xarici, həm də daxili arenada "Gəncə"ni uğurla təmsil etmək istəyirik"

05 Aug 2026 15:15 3 baxış
IMG

"Gəncə" basketbol klubunun məqsədi həm xarici, həm də daxili arenada şəhəri uğurla təmsil etməkdir.

"Report" xəbər verir ki, bunu adıçəkilən komandanın direktoru Elnur Cəfərov klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, komandanın transfer planları və yeni mövsümlə bağlı hədəflərdən danışıb:

"Komandamız Avropanın klub yarışlarında iştirak edəcək ilk region klubu kimi Azərbaycan basketbolunun tarixinə düşüb. Bu məqam bizi olduqca həyəcanlandırır. Eyni zamanda məsuliyyətimizi artırır. Komandamız əvvəlki illərdən fərqli mövsümöncəsi hazırlığa da bu səbəbdən daha tez başlayıb. Yeni baş məşqçimiz məlumdur, təcrübəlidir. Onun da istəyi əsasında heyəti formalaşdırmağa başlamışıq. Məqsəd həm xarici, həm də daxili arenada şəhərimizi və klubumuzu uğurla təmsil etməkdir. Beynəlxalq yarışlarda ölkəmiz adına çıxış edirik. Bu, olduqca qürurvericidir. Buna görə də işimizi peşəkar səviyyədə qurmuşuq".

E.Cəfərov transfer çalışmalarının davam etdiyini vurğulayıb:

"Məşqçilər tərəfindən təklif olunan basketbolçulara baxılır, seleksiya işləri aparılır. Transfer məsələsində diqqətli olmalıyıq. Artıq razılaşdığımız yerli və legioner oyunçular var. Yaxın günlərdə daha bir neçə basketbolçunun keçidi barədə məlumat veriləcək. Daha səviyyəli, güclü və rəqabətədavamlı komanda qurmaq istəyirik".

Mənbə: report.az

Xəbər lenti