IMG-LOGO

Ermənilər Naxçıvanı ATƏŞƏ TUTDU

28 Aug 2024 20:59 236 baxış
IMG

Avqustun 28-i saat 18:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu haqda Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Mənbə: lent.az

Xəbər lenti