Dünyanın 4 ən yaxşı yeni il yarmarkası məlum olub.
Lent.az xarici mətbuata istinadən verir ki, Nyu-Yorkdakı Bryant Park qış kəndi, Münhendəki Marienplatz, Almaniyadakı Köln Katedrali və Polşanın Krakov şəhərindəki mərkəzi Rynek Qlaunie meydanı dünyanın ən yaxşı Milad bazarları arasındadır.
Birinci sırada Nyu-Yorkdakı Bryant Parkdır. Manhettenin mərkəzində yerləşən bu parkda 1500 kvadratmetrlik pulsuz konkisürmə meydançası var. Həmçinin burada müxtəlif satıcıların 180 dükanı var.
Münhenin Marienplatz meydanı bu il ikinci yeri tutur. Bazarda 50 köşk var.
Üçüncü yeri isə Almaniyanın Köln şəhərində yerləşən yarmarka tutur. Avropanın ən möhtəşəm yarmakalarından biri olan bu park 150 dükandan ibarətdir.