IMG-LOGO

Xırdalanda FACİƏ: polis postunun yaxınlığında kişi özünü yandırdı

16.12.2023 18:55 100 baxış
IMG

Bakı-Sumqayıt yolunda intihara cəhd hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə saat 0:00-da adı çəkilən yolun Ekoloji nəzarət üzrə Yol-Patrul Xidmətinin yaxınlığındakı körpünün altında qeydə alınıb. 31 yaşlı Hüseynov Heydər Dövran oğlu üzərinə benzin tökərək özünü yandırıb. Yanıq xəsarətləri alan kişi ətrafda olanların müdaxiləsi ilə Nərimanov Tibb Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti