IMG-LOGO

Bu il meymunçiçəyi virusundan 575 nəfər ölüb

24 Aug 2024 01:41 163 baxış
IMG

“Bu il 16 mindən çox şəxs meymunçiçəyi (mpox ) virusuna yoluxub, nəticədə 575 nəfər ölüb”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib.

ÜST rəhbəri əlavə edib ki, qlobal mpox epidemiyasının başladığı 2022-ci ildən bəri dünyada 100 mindən çox insan meymunçiçəyi xəstəliyinə yoluxub və bu rəqəm artmaqda davam edir:

“Virus bütün dünyada aşağı səviyyədə yayılır, lakin Afrika regionu xəstəliyin görünməmiş böyüməsi və coğrafi genişlənməsi ilə üzləşib virusun ötürülməsi hal-hazırda Konqo Demokratik Respublikasında (DRC) daha çoxdur. Belə ki, 2024-cü ildə yoluxma hallarının 90%-ni bu ölkədə qeydə alınıb”.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti