IMG-LOGO

Zaqatalada AĞIR QƏZA: ölən və yaralananlar var

23 Aug 2024 19:07 211 baxış
IMG

Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu “Şimşək” adlanan ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Baş vermiş qəza zamanı iki nəfər hadisə yerində ölüb və yaralıların olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

Mənbə: lent.az

Xəbər lenti