IMG-LOGO

Məhbuslarla danışıq üçün molla göndərəcəklər - YENİLƏNİB

23.08.2024 15:11 105 baxış
IMG

Volqoqrad vilayətində 19 saylı həbsxananın əməkdaşlarını girov götürən məhbuslarla danışıqlara Volqoqrad məscidindən molla göndəriləcək.

Lent.az xəbər verir ki, bu barədə Rusiya telegram kanalları məlumat yayıb.

Kanalın məlumatına görə, onun üçün cəzaçəkmə müəssisəsinə təxmini gediş vaxtı 1,5 saat olacaq.

*** 14:54

Rusiyanın Volqoqrad vilayətində məhbuslar 19 saylı həbsxananı ələ keçirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 4 məhbus cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüb. Girovlardan 3 nəfər ölüb.

Əməkdaşları girov götürən məhbusların İŞİD üzvləri olduğu iddia olunur. Ancaq bu məlumat araşdırılır.

Məlumata görə, üsyankar məhbuslardan biri terrorçuluq ittihamı ilə həbs olunub.

Xəbər lenti