IMG-LOGO

Qol sayına görə 21-ci ərsin ən yaxşı FUTBOLÇUSU

23.08.2024 12:50 101 baxış
IMG

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland statistikaya əsasən, hər oyunda vurulan orta qol sayına görə 21-ci əsrin ən yaxşı oyunçusudur.

Lent.az xarici mediaya istinadla bildirir ki, norveçli futbolçu hər oyuna orta hesabla 0,82 qol vurub ki, bu da dünyanın ən yaxşı göstəricisidir. Bu barədə “PopFoot” X sosial şəbəkəsində məlumat yayıb.

Hər oyunda orta qol sayına görə 21-ci əsrin ən yaxşı 10 oyunçusu aşağıdakılardır:

1) Erlinq Haaland - 0,82 (315 oyunda 257 qol). 2) Lionel Messi - 0,78 (838/1069). 3) Kriştiano Ronaldo - 0,73 (897/1233). 4) Kilian Mbappe - 0,72 (332/462). 5) Robert Levandovski - 0,70 (654/928). 6) Harri Keyn - 0,63 (407/644). 7) Neymar - 0,61 (440/719). 8) Ruud van Nistelroy - 0,60 (277/463). 9) Luis Suares - 0,60 (576/968). 10) Zlatan İbrahimoviç - 0,58 (567/980).

Xəbər lenti