IMG-LOGO

Azərbaycan Ordusunda “Smerç” reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edilib

23 Aug 2024 10:04 194 baxış
IMG

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqelərinin dəyişilməsi və döyüş zamanı şərti düşmən hədəflərinin koordinatlarının müəyyənləşdirilərək məhv edilməsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər:

"Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər".

Bizim Telegram kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti