Avstraliyada bir oğlan yolkanın altındakı hədiyyələr arasında zəhərli ilan tapıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kvinslend ştatının Hervey Bay şəhərində baş verib.
Belə ki, zəhərli torlu qəhvəyi ilan sürünərək hədiyyələrin arasında gizlənib. Azyaşlı ilanı tapanda dərhal anasına xəbər verib.
Evə gələn mütəxəssis Dreu Godfrey, ailənin evinə torlu qəhvəyi ilanın girdiyini və zəhərliliyinə görə dünyada bütün quru ilanları arasında ikinci yeri tutduğunu söyləyib.
Qeyd edək ki, ilanın uzunluğu təxminən 50 santimetr olub.